State policy of ours – is to solve social problems first of all, along with the development of economy

Haydar Aliyev

2 Jule 2015Thursday
NEWS FEED


Adınız* :
E-mail* :
Sual* :
Təhlükəsizlik kodunu daxil edin*:


2015-03-11 15:14:30 Ayan :
Babam 1995-cı ildə rəhmətə gedib. 33 il iş stajı var. 3 illik hərbi xidmətdə olub. Nənəm hal-hazırda onun iş stajını öz təqaüdünün üzərinə hesablatmaq istəyir. Bu mümkündür?


Bildiririk ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Eyni zamanda bildiririk ki, əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır.

2015-03-11 11:14:59 İlahə :
Salam. Mənim anam 1961-cı il təvəllüdüdür. 12 illik iş stajı, üç uşağı var. Atam 1960-cı il təvəllüddür və onun da 12 illik iş stajı var. 2 il əvvəl yol qəzasında atam rəhmətə gedib. Anam vaxtından əvvəl bu hallara görə pensiyaya çıxa bilər ?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən qadınların bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud I və ya II qrup əlil olduqda ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. 1 yanvar 2015-ci il tarixdən qadınların pensiya yaş həddi 60 yaş müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

2015-03-10 21:14:32 Ramil :
Hansı traktorçular güzəştli pensiyaya çıxa bilər? MES. T - 330 traktorunda işləyənə güzəştli pensiya varmı?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

2015-03-10 17:13:30 Əfrat :
1976-cı ildən iş stajım var. Özüm müharibə iştirakçısıyam. 1996-cı ildən dənizdə zərərli işdə işləyirəm. Mən güzəştli pensiyaya neçə yaşında çıxa bilərəm?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

2015-03-09 14:25:44 Tutu :
Salam. Mənim anamın 54 yaşı var, tibb bacısıdır, 30il stajı, 5 uşağı var. Qardaşım xəstədir(daundur). Bilmək istəyirəm ki, anama neçə yaşında pensiya düşməlidir?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin həmin Qanunun 8.2.-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən qadınlar üçün yaş həddi 01.01.2015-ci il tarixdən 60 yaş müəyyən edilmişdir.

2015-03-09 14:17:24 Fərhad :
Salam. Müəllimin 65 yaşdan sonra pensiyaya çıxması ilə əlaqədar, pensiyası hansı kriteriyalar üzrə hesablanır?


Bildiririk ki, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır.

2015-03-09 13:31:17 Səkinə :
Salam. Mənim atam 1951-cı il təvəllüdüdur. 30 il 6 ay iş stajı var. Hazırda 63 yaşı var, 2-ci qrup əlilliyi var. Bilmək istərdim ki, bu şərtlər altında onun pensiyası nə qədər ola bilər?


Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı atanızın müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməsi xahiş olunur.

2015-03-07 15:28:28 Günay :
Salam. Mən bilmək istərdim ki, analıq məzuniyyətində olduğum dövr staj hesab olunur ya yox. Yəni 3 il müddəti.


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

2015-03-06 20:45:58 Əlixan :
02.03.1976-cı il tarixdə betonçu işləyən işçilərə təqaüdə çıxmaq üçün güzəştli şərtlər varmı?


Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar.

2015-03-05 19:26:18 Günay :
Salam, zəhmət olmasa məlumat verərdiniz. Pensiya yaşı çatdıqda təqaüdə çıxan alimlər üçün hesablanacaq əmək pensiyasına staja görə əlavə olunacaq məbləğ necə hesablanır? Əvvəlcədən təşəkkürlər.


Bildiririk ki, vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüquqları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Eyni zamanda həmin Qanunun 19.3-cü maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

« | ... 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 ... | »

Back | Top

Subscribe!

Enter your e-mail and confirm your choice

Appointment setting

Contact us

Address of the Fund:

AZ 1122 Baki, H. Zardabi avenue, 80
PHONE: (+994 12) 434 60 18
FAX:(+994 12) 434 55 87

Questions to be addressed to the following e-mail:
info@sspf.gov.az

1077
10260
8669294