Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir

Heydər Əliyev

23 May 2015Şənbə
XƏBƏR LENTİ

Əmək pensiyaları


Adınız* :
E-mail* :
Sual* :
Təhlükəsizlik kodunu daxil edin*:


2013-09-05 21:39:07 Aynurə soruşur:
Gələcək pensiyamı hesablamaq istərdim. Atam rəhmətə gedib anam onun da pensiyasını ala bilərmi?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin məbləğinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə onların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olduqları əmək pensiyası hüququları həmin Qanunun 27-ci maddəsinə əsasən bu dövrə aid olan ümumi iş stajına, ikinci mərhələdə isə 1 yanvar 2006-cı il tarixdən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilir. Hesablanmış sığorta hissəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş pensiyanın baza hissəsi ilə cəmlənməklə pensiyanın ümumi məbləği alınır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən qadınlar bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə onların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

2013-09-05 21:12:51 Qasım soruşur:
Əgər əmək pensiyası təyin olunubsa və ondan sonra Qanuna dəyişiklik nəticəsində pensiyaçı əsas iş yerinə görə dövlət qulluqçusu statusu qazanırsa, onun pensiyası bu statusa əsasən yenidən hesablanırmı? Təşəkkür edirəm.

Hörmətli istifadəçi!
Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməyi xahiş olunur.

2013-09-05 19:16:12 Sevda Süleymanova soruşur:
Mən 02.09.1954-ildə anadan olmuşam,36 il stajım var.Mən pensiya ala bilərəm?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınlar (qadınlar üçün müəyyən edilmiş yaş həddi 2010-cu ilin yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılmaqla) azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi qadınlar üçün 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir.

2013-09-05 13:36:32 Məcid soruşur:
Vətəndaşın neçə il iş stajı olanda pensiya ala bilir? Iş stajının yaşla əlaqəsi varmı? Əgər mənim yaşım 55-dirsə staj 30 ildirsə mən pensiyaya çıxa bilirəm?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

2013-09-05 11:51:41 Südabə Hüseynova soruşur:
Salam. Mən 1972-ci ildən 2006-cı ilədək Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ümumi şöbəsində kadrların işi üzrə müfəttiş vəzifəsində işləmişəm. 2006-cı ilin avqust ayında dövlət qulluqçusu kimi pensiyaya çıxmışam. 2012-ci ilin avqust ayında mənim işlədiyim yardımçı təsnifat inzibati təsnifata dəyişdirilmiş və kadlar üzrə müfəttiş (məsləhətçi) vəzifəsi olmuşdur.Odur ki, əmək haqqının okladı da dəyişdirildi, əvvəl 123 manat olduğu halda indi 176 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanında göstərilir ki, "dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydaları"na görə, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq yenidən hesablanır. Ona görə də, xahiş edirəm mənim pensiyamın düzgün hesablanmasında köməklik edəsiniz.

Hörmətli istifadəçi!
Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməyi xahiş olunur.

2013-09-05 10:09:16 Rüstəm soruşur:
Salam. Yoldaşım yardımçı vəzifədə işləyən dövlət qulluqçusudur. 6 illik dövlət qulluğunda stajı var. İndi gözlərinin zəifliyi ilə əlaqədar əlilliyə çıxmaq istəyir. Onun əmək haqqı ştat cədvəlində 200 man. 80 qəp. təşkil edir. Əgər III qrup əlilliyə çıxarsa, pensiyası nə qədər olacaq?

Hörmətli istifadəçi!
Bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməyi xahiş olunur.

2013-09-04 23:10:39 Yusif soruşur:
Salam. Qadınlar neçə yaşından pensiya çıxa bilər? Anam 1954-cu ildir ,1 uşaği var, 32 il starjı var.

Hörmətli istifadəçi!
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınlar (qadınlar üçün müəyyən edilmiş yaş həddi 2010-cu ilin yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılmaqla) azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi qadınlar üçün 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir.

2013-09-04 22:44:44 Araz Qulamov soruşur:
II qrup əlilin 8 ilə yaxın iş stajı var, ona nə qədər pensiya düşür?

Hörmətli istifadəçi!
Bildiririk ki, əlilliyə görə əmək pensiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunmuş əlillik qrupu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajına əsasən təyin edilir. Eyni zamanda bildiririk ki, əmək pensiyalarına dair normativ-hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələri (Pensiya təyin edən komissiya) tərəfindən həyata keçirilir. Bununla bağlı qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməyi xahiş olunur.

2013-09-04 21:16:32 Vəfa soruşur:
Salam.Anamın 52 yaşı, 4 övladı və 27 il iş stajı var.Bununla yanaşı anam şəkər xəstəsidir.Bilmək istəyirəm ki, anam neçə yaşında təqaüdə çıxacaq?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınlar (qadınlar üçün müəyyən edilmiş yaş həddi 2010-cu ilin yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılmaqla) azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi qadınlar üçün 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir.

2013-09-04 18:57:13 Səxavət soruşur:
Salam, mənim xalam 1953-cü il dekabrın 12-də anadan olub. Lakin anadangəlmə xəstəliyi olduğu üçün heç bir sığorta stajı yoxdur. Öyrənmək istərdim ki, Onun Yaşa görə pensiya almaq hüququ var? Əgər varsa, nə vaxtdan pensiya ala bilər?

Hörmətli istifadəçi!
Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınlar (qadınlar üçün müəyyən edilmiş yaş həddi 2010-cu ilin yanvarın 1-dən 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılmaqla) azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi qadınlar üçün 1 yanvar 2013-cü il tarixdən il üzrə 59 yaş təşkil edir.

« | ... 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 ... | »

Geri | Yuxarı

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

1103
185506
8379899