19 İyul 2018Cümə axşamı
XƏBƏR LENTİ

2018-ci il

14px12px

12.06.18

Uşaq əməyinin istismarı hallarına qarşı mübarizə sahəsində Azərbaycan fəal dövlət siyasətinə malikdir

12 İyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə Günüdür
 
Uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması müasir dünyanı narahat edən aktual problemlərdən biridir. 2002-ci ildən Beynəlxalq Əmək Təşkilatı (BƏT) uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətini cəlb etmək, bu istiqamətdə hökumət və ictimai təşkilatların səylərinin artırılması məqsədilə hər ilin iyun ayının 12-sini Uşaq Əməyi ilə Ümumdünya Mübarizə günü kimi elan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Uşaq hüquqları sahəsində BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib.
Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri Azərbaycan qanunvericiliyində qadağan olunur. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər də əksini tapır.
Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirmə tədbirlərinə də xüsusi önəm verilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirləri ildən-ilə daha da gücləndirilir. Xidmət tərəfindən müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə respublikanın 6 bölgəsində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib. Aparılan işlərin müsbət nəticəsi olaraq, ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə enib.





694 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

6569
139217
19629860