19 İyul 2018Cümə axşamı
XƏBƏR LENTİ

2018-ci il

14px12px

31.05.18

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.
Sessiyanın gündəliyinə BƏT-in Baş direktoru və İdarə Heyətinin sədri tərəfindən məruzələrin, Konvensiya və Tövsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatların təqdim olunması, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə dair əsas müzakirələrin aparılması və s. daxildir. 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı BƏT-in Bəyannaməsinə əsasən sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair sessiyada təkrar müzakirələrin aparılması da nəzərdə tutulur.





864 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

6560
139208
19629851