19 İyul 2018Cümə axşamı
XƏBƏR LENTİ

2018-ci il

14px12px

18.04.18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli Qanununun və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi sahəsində görülən işlərə dair seminar-müşavirə keçirilib.
Fondun idarə, şəhər və rayon şöbələrinin proqnoz uçot və təhlil, gəlirlər, fərdi uçot, sosial sığorta sektorları əməkdaşlarının iştirakı ilə keçən tədbirdə, eyni zamanda, Fondun yerli orqanlarının 2018-ci ilin I rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrası vəziyyəti müzakirə olunub.
Seminar-müşavirədə çıxış edən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev 2018-ci il 1 aprel tarixindən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna əsasən sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə yaranmış borclarının silinməsi və “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta vəsaitlərinin toplanması ilə bağlı qanunvericilik aktlarının yerli orqanlara çatdırıldığını qeyd edib. O, işsizlikdən sığorta vəsaitlərinin toplanması və onların uçotunun aparılması və s. istiqamətlərdə Fond tərəfindən görülən işləri diqqətə çatdırıb, Fondun yerli orqanlarının cari ilin qarşıdakı dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən olunmuş proqnozlarının icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Sonra Dövlət Sosial Müdafiə Fondunun aparatının Büdcə və proqnozlaşdırma şöbəsi və Sosial sığorta şöbəsinin əməkdaşları seminar-müşavirə iştirakçılarının müzakirə olunan məsələlərə, habelə fərdi uçota, vahid rüblük hesabata, elektron auditə dair suallarını cavablandırıb, onlara ətraflı izahatlar veriblər.






1942 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

6559
139207
19629850