19 İyul 2018Cümə axşamı
XƏBƏR LENTİ

2018-ci il

14px12px

05.04.18

Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində ilk dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işləri də nümayiş olunur

Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisi öz işinə başlayıb. Üç gün davam edəcək sərgidə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biridir. “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən, 20-yə yaxın ölkədən 277 şirkətin iştirak etdiyi, “AİTF 2018” sərgisi də regionun turizm imkanlarını yaxından təqdim etməyə imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, bu dəfəki sərgidə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə də yer ayrılıb.
Beləliklə, sərgidə sağlamlıq imkanları məhdud 45 nəfər gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri də sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli-mənəvi dəyərlərimiz, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. əksini tapır.
Ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması, onların yaradıcılıq potensiallarının dəstəklənməsi məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl tədbirlər, sərgilər, baxış-müsabiqələr təşkil olunur. “AİTF 2018” sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin təqdim olunmasına şərait yaradılması da bu məqsədlə aparılan işlərin davamıdır. Sərgidə gənclərin müxtəlif mövzularda hazırladıqları tətbiqi sənət nümunələri sərgi iştirakçıları, o cümlədən ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanır.
Artıq dörd ildən çoxdur ki, fəaliyyət göstərən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər 1400 nəfərdən çox gənc müxtəlif peşələr, habelə tətbiqi sənət növləri üzrə kurslara cəlb olunub.
 









1041 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

6565
139213
19629856