26 Aprel 2018Cümə axşamı
XƏBƏR LENTİ

2017-ci il

14px12px

26.09.17

Pensiya təyinatı prosesində iştirak edən əməkdaşlara bu sahədə aparılmış dəyişikliklərlə bağlı izahatlar verilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının pensiya sektorlarınun əməkdaşları üçün izahat işlərini Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Tərtər və Ağdaş rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə davam etdirib.
Bu məqsədlə Fondun Yevlax rayonunda təşkil etdiyi seminar-müşavirədə pensiya qanunvericiliyindəki son dəyişikliklərin pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun olaraq sığorta prinsipləri əsasında təkmilləşdirilməsinə, pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanı da bu məqsədin reallaşmasını təmin edir.
Seminar-müşavirədə Fondun mütəxəssisləri bağlı slayd və təqdimatlar vasitəsilə Fərmandan irəli gələn həmin dəyişikliklərin mahiyyətini, bu dəyişikliklərlə əlaqədar pensiya və sosial sığorta sektorları əməkdaşları qarşısında duran vəzifələri, konkret istiqamətlər üzrə görüləcək işləri diqqətə çatdırıblar. Pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydasına, 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinə, həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılmasına, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılmasına dair praktik izahatlar verilib. Həmçinin pensiya öhdəliklərinin strukturu, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, pensiyaların yeni maliyyələşmə mexanizmi və s. əməkdaşlara ətraflı şəkildə izah olunub. Onların yeni dəyişikliklərin tətbiqi ilə bağlı sualları da cavablandırılıb.
DSMF tərəfindən bundan əvvəl Bakı (Fondun inzibati binasında) və Gəncə şəhərlərində, Xaçmaz və Masallı rayonlarında da belə seminar müşavirələr keçirilib, Fondun həmin bölgələr üzrə şəhər və rayonlarının əməkdaşları üçün müvafiq izahat işləri aparılıb.





1843 - dəfə oxunulub

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

10874
355353
18831737