24 May 2018Cümə axşamı
XƏBƏR LENTİ
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirdiİkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin mühüm istiqamətlərindən biridirÜnvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə təkliflər hazırlanacaqİkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərin birdəfəlik maddi yardımla təmin olunması üçün maliyyələşdirmə işləri başa çatdırılıbBeynəlxalq təşkilatlarla əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunubSahil Babayev: “Əlilliyin qiymətləndirilməsində şəffaflıq artırılacaq, süründürməçilik, süni maneələr aradan qaldırılacaq və reabilitasiya tədbirləri gücləndiriləcəkdir”Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Komissiya yaradılıbƏmək və sosial müdafiə sahəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqlarına indiyədək 167 nəfərə sosial xidmət göstərilibAzərbaycan Prezidentinin İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə 20 aprel 2018-ci il tarixli Sərəncamı həmin insanlara göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür

2011-ci il

14px12px

22.06.11

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir

Məlum olduğu kimi, 23 iyun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı günü kimi təsis olunmuşdur. Artıq altıncı ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. 
       
01.04.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir. Onlardan 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır. 
      
Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 
            
Onu da bildirək ki, 2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir. 
 





2535 - dəfə oxunulub
1146
270266
19149548