Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir

Heydər Əliyev

23 Aprel 2014Çərşənbə
XƏBƏR LENTİ



21.04.14DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

2014-ci ilin I rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2.2 faiz artıb. Hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il aprelin 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı  17 475 nəfərə yüksəlib. 
ətraflı

18.04.14DSMF-də fərdi uçot sistemində onlayn qeydiyyatın ilkin yekunları ilə bağlı brifinq keçirilib

2014-cü ilin ilin yanvar ayından tətbiq olunan “Sığortaolunanın onlayn uçota alınması” xidməti ilə bağlı ictimaiyyətin geniş marağı və daxil olmuş çoxsaylı müraciətlər nəzərə alınaraq, vətəndaşların bu elektron xidmət barədə əlavə məlumatlandırılması məqsədilə aprelin 18-də Dövlət Sosial Müdafiə Fondunda (DSMF) brifinq keçirilib.
ətraflı

16.04.14Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev aprelin 23-də Gəncə şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 23 aprel 2014-cü il tarixdə, saat 11:00-da Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.ətraflı

15.04.14Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat

Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi tədbirdə Gəncə şəhərindən və Azərbaycanın 9 rayonundan olan sığortaedənlər, sığortaolunanlar və pensiyaçılar iştirak edib. 
ətraflı

11.04.14DSMF sədri Elman Mehdiyev BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edib

2014-cü il 9-10 aprel tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. 
 
ətraflı

08.04.14DSMF-də elektron hesabat xidməti üzrə təqdimat keçirildi

Fond elektron hesabat xidmətinin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görür
ətraflı

07.04.14DSMF-də Dünya Bankının ekspertləri ilə görüş keçirilmişdir

2014-cü il 7 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilmişdir.
ətraflı

04.04.14DSMF-nin nümayəndəsi Litvada keçirilən beynəlxalq seminarda iştirak edib

27 mart 2014-cü il tarixdə Litva Respublikasının Dövlət Qulluğu İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üçün Litva Respublikasının paytaxtı Vilnus şəhərində “Dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərən qurumlarda dövlət qulluğuna qəbul, təlim sistemi və informasiya texnologiyaları sistemi” mövzusunda beynəlxalq seminar keçirilmişdir.
ətraflı

03.04.14DSMF ümumimilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə mini-futbol turnirinə start verdi

Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü  münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.
ətraflı

31.03.14“Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda müsabiqə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda müsabiqə elan edir.
ətraflı

Abunə ol!

Elektron poçt ünvanınızı daxil edib istəyinizi təsdiqləyin

Fondun qəbulu

Əlaqə məlumatı

FONDUN ÜNVANI:

AZ 1122 BAKI şəhəri, H. Zərdabi prospekti, 80
TELEFON: (+994 12) 434 60 18
FAKS:(+994 12) 434 55 87

Suallarınızı aşağıdakı poçt ünvanına yaza bilərsiniz:
info@sspf.gov.az

7629
213844
5107340