AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması

Q A Y D A L A R I

           

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 5-ci bəndinin icrası olaraq hazırlanmışdır və «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanmasını tənzimləyir.

1.2. Hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Тəhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir.

1.3. Xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində qulluq edən xüsusi rütbəli şəxslərdir.

1.4.Тəminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir.

1.5. Bu Qaydaların 1.2-ci bəndində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulan şəxslərə də şamil edilir.

1.6. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 4-cü maddəsinə əsasən əmək pensiyalarının 3 növü vardır:

yaşa görə əmək pensiyası;

əlilliyə görə əmək pensiyası;

ailə başçısını itirməyə görə əmək pensiyası.

Yaşa görə əmək pensiyaları və əlilliyə görə əmək pensiyaları aşağıdakı hissələrdən ibarətdir:

baza hissəsi;

sığorta hissəsi;

yığım hissəsi.

Ailə başçısını itirməyə görə əmək pensiyaları isə iki hissədən ibarətdəir:

baza hissəsi;

sığorta hissəsi.

II. 2007-ci ilin 1 yanvar tarixinədək qüvvədə olmuş qanunvericilik üzrə hərbi qulluqçulara təyin edilmiş əmək pensiyalarının Qanunun müddəalarına uyğun şərti çevrilməsi

2.1. 2007-ci ilin 1 yanvar tarixinədək hərbi qulluqçulara təyin edilmiş əmək pensiyasının ümumi məbləğindən (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının (17 manatın) üçqat məbləği (51 manatı) çıxıldıqdan sonra qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir.

Misal 1. Sabiq hərbi qulluqçuya 18.06.2006-ci il tarixdən təyin edilmiş yaşa görə pensiyasının məbləği (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) 196,4 manat təşkil edir.

Bu məbləği Qanunun müddəalarına uyğun şərti çevrilməsi üçün Qanunun qüvvəyə minməsindən əvvəl respublika üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləği (51 manat) pensiyanın məbləğindən çıxılır. Alınmış 145,4 manat fərq qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğini (196,4 manat - 51 manat = 145,4 manat) təşkil edir.

2.2. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğindən Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən 2006-cı il 1 yanvar tarixdən müəyyən olunmuş yaşa görə əmək pensiyasının 25 manat baza hissəsi çıxıldıqdan sonra qalan məbləğin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirildiyi, yığım hissəsinin isə «0» qəbul olunduğu nəzərə alınmaqla hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin bütün növ əmək pensiyalarının ümumi məbləği dəyişdirilmədən 01.01.2007-ci il tarixə bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır.

Misal 2. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 01.01.2006-cı il tarixdən 25 manat müəyyən olunduğu üçün yuxarıda qeyd olunmuş 1-ci misaldakı sabiq hərbi qulluqçunun 196,4 manat əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən həmin tarixə sığorta hissəsi 26 manat (51 manat - 25 manat = 26 manat) olmaqla, əmək pensiyasının tərkibi 25 manat baza hissəsi, 26 manat sığorta hissəsi və 145,4 manat qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət müəyyən edilir.

2.3. Yaşa görə əmək pensiyasının baza hissəsi artırıldıqda və ya əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə, hərbi qulluqçuların qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yaşa görə əmək pensiyasının baza hissəsi 1 yanvar 2007-ci il tarixdən 40 manat, eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinin 8,3 faiz müəyyən olunduğu nəzərə alınmaqla hərbi qulluqçunun 01.01.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsi 40 manata çatdırılır, sığorta hissəsi isə 8,3 faiz indeksləşdirilir və qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılır.

Misal 3. Qaydaların 2.3-cü bəndinə əsasən 2-ci misal üzrə əmək pensiyasının 196,4 manat ümumi məbləği dəyişdirilmədən 01.01.2007-ci il tarixdən aşağıdakı qaydada hesablanır.

Sabiq hərbi qulluqçunun yaşa görə əmək pensiyasının baza hissəsi 40 manat (25 manat +15 manat) + sığorta hissəsi 28,16 manat ( 26 manat + (26 manat x 8,3%) = 2,16 manat) + qulluq stajına görə əmək pensiyasına əlavə 128,24 manat (145,4 manat - 17,16 manat (15 manat + 2,16 manat =17,16 manat) = 196,4 manat.

«Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında» Fəükifnsft Kuızqidşlfıg Zkuəşvuteştşt 2007-ci şd 22 yanvar efkşçdş 1896 tbğküdş Sərəncamına uyğun olaraq hərbi qulluqçunun əmək pensiyasının baza hissəsi 01.02.2007-ci il tarixdən 10 manat artırılaraq 50 manata çatdırılır və onun yaşa görə əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən 50 manat baza hissəsi, 28,16 manat sığorta hissəsi və 118,24 manat (128,24 manat -10 manat) qulluq stajına görə əmək pensiyasına əlavənin cəmindən ibarət olmaqla 196,4 manat məbləğində müəyyənləşdirilir.

III. Hərbi qulluqçulara əmək pensiyasının təyin edilməsi.

3.1. Hərbi qulluqçulara və onların ailə üzvlərinə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan xidmət müddəti «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeqer rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada həmin şəxslərin xidmət etdiyi orqanlar tərəfindən hesablanır.

3.2. Hərbi qulluqçuların təminat xərcliyi (pul təminatı) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Тəminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən onların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdə həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən hesablanır və müvafiq məlumatlar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilir.

A) Yaşa görə əmək pensiyasnın təyin edilməsi.

3.4. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:

3.4.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların;

3.4.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin;

3.4.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin;

3.4.4. hərbi xidmət müddəti 15 təqvim ili və daha çox olmaqla Çernobıl AeS-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların.

3.4.5. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

3.5. Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

3.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla;

3.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla;

3.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla;

3.5.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AeS-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

3.5.5. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

Misal 4. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olmayan səbəblərdən daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçu hərbi xidmətdən buraxılarkən 26 il xidmətdə olmuş (21 təqvim ili və hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə) və onun sonuncu vəzifə üzrə təminat xərcliyi 478 manat təşkil etmişdir. Qaydaların 3.5.1-ci bəndində nəzərdə tutulduğu qaydada onun yaşa görə əmək pensiyasının ümumi məbləği 20 il hərbi xidməti üçün 478 manat təminat xərcliyinin 50 faizi - 239 manat ( 478 manat X 50% = 239 manat ), 20 ildən yuxarı 6 il hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi - 86,04 manat (478 manat X 18 % = 86,04 manat), cəmi 325,04 manat təşkil edir.

Qanun qüvvəyə minənədək respublika üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğinin 2006-cı il 1 yanvar tarixinə 25 manatı yaşa görə əmək pensiyasının baza hissəsi, qalan 26 manatının əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirildiyi, eyni zamanda, yaşa görə əmək pensiyasının baza hissəsinin 2007-ci il 1 yanvar tarixinə 40 manat olduğu və sığorta hissəsinin isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faiz artırıldığı nəzərə alınmaqla hərbi qulluqçunun 01.01.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsi 40 manat ( 25 manat +15 manat = 40 manat), sığorta hissəsi 28,16 manat (26 manat + 26 manat X 8,3 % = 28,16 manat), qulluq stajına görə əmək pensiyasına əlavə isə 256,88 manat (325,04 - (40 manat + 28,16 manat) = 256,88 manat) məbləğində hesablanır.

3.5.6. Qaydaların 3.5-ci bəndində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz.

Misal 5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüşlərdə iştirak etmiş xüsusi rütbəli şəxs xidmətdən buraxıldığı 01.02.2007-ci il tarixədək 39 il (28 təqvim ili və hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə) xidmət etmiş və onun təminat xərcliyi 520 manat təşkil edir. Yaşı ilə əlaqədar xidmətdən buraxıldığına görə Qaydaların 3.5.1-ci bəndinə əsasən onun yaşa görə əmək pensiyasının məbləği 20 il hərbi xidmət üçün 520 manat təminat xərcliyinin 55 faizi - 286 manat (520 manat X 55% = 286 manat), 20 ildən yuxarı 19 il xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi - 296,4 manat (520 manat X 57 % = 296,4 manat), döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçısı olduğuna görə yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi - 5 manat (50 manat X10% = 5 manat) olmaqla 587,4 manat məbləğində hesablanır.

Qaydaların 3.5.5-ci bəndinə əsasən müraciət edən şəxsin əmək pensiyasının məbləği 520 manat təminat xərcliyindən artıq olmayan məbləğdə hesablanmalı olduğu nəzərə alınmaqla, 01.02.2007-ci il tarixdən 520 manat məbləğində təyin edilir və şərti çevrilməsi aparılaraq yaşa görə əmək pensiyasının baza hissəsi 50 manat, baza hissəsinə əlavə 5 manat, sığorta hissəsi 28,16 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 447,84 manat (520 manat - (50 manat + 5 manat + 28,16 manat) = 436,84 manat) məbləğində müəyyənləşdirilir.

B) Əlilliyə görə əmək pensiyasnın təyin edilməsi

3.6. Əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə bağlı təyin edilir. Əmək qabiliyyətinin məhdudlaşmasından asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun başvermə müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin zona Тibbi-sosial ekspert komissiyaları tərəfindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş «Тibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnaməyə uyğun olaraq) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnaməyə əsasən) müəyyən olunur.

3.7. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər:

3.7.1. müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə;

3.7.2. hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış zədə, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə.

3.8. Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.

3.9. Qaydaların 3.8-ci bəndində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

3.9.1. I qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, II qrup müharibə əlillərinə—80 faizi, III qrup müharibə əlillərinə—55 faizi;

3.9.2. I qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin—60 faizi, II qrup əlillərə—55 faizi, III qrup əlillərə—35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

Misal 6. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində 15.03.2007-ci il tarixdən I qrup əlil olmuş şəxsin təminat xərcliyi 224 manat təşkil edir. Qaydaların 3.9.1-ci bəndində nəzərdə tutulduğu qaydada onun I qrup əlilliyinə görə əmək pensiyasının ümumi məbləği 224 manat təminat xərcliyinin-100 faizi məbləğində təyin edilir.

Qanun qüvvəyə minənədək respublika üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğinin 2006-cı il 1 yanvar tarixinə 25 manatı əmək pensiyasının baza hissəsi, qalan 26 manatı əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirildiyi, eyni zamanda, yaşa görə əmək pensiyasının baza hissəsinin 2007-ci il 1 fevral tarixindən 50 manat olduğu və sığorta hissəsinin isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faiz artırıldığı, habelə Qanunun 13.1-ci maddəsində I qrup əlillərin əmək pensiyasının baza hissəsinin yaşa görə əmək pensiyasının baza hissəsinin 120 faizi məbləbində, Qanunun 19.2.2-ci maddəsində isə onların əmək pensiyasının baza hissəsinin üzərinə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavələr hesablandığı nəzərə alınmaqla həmin şəxsin əlil olduğu 15.03.2007-ci il tarixdən I qrup əlilliyə görə 224 manat məbləğində təyin edilmiş əmək pensiyasının şərti çevrilməsi aşağıdakı qaydada aparılır.

I qrup əlilliyə görə əmək pensiyasının baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 120 faizi - 60 manat (50 manat X120%= 60 manat), I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə - 5 manat (50 manat X10 % = 5 manat), 28,16 manat (26 manat + 26 manat X 8,3 % = 28,16 manat) sığorta hissəsi və 130,84 manat ( 224 manat - (60 manat + 5 manat + 28,16 manat) = 130,84 manat) qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olmaqla 224 manat.

Misal 7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən ümumi səbəbdən (xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət nəticəsində) II qrup əlil olmuş şəxsin təminat xərcliyi 163 manat təşkil edir. Qaydaların 3.9.2-ci bəndində nəzərdə tutulduğu qaydada onun II qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyasının ümumi məbləği 163 manat müvafiq təminat xərcliyinin 55 faizi, 89,65 manat (163 manat X 55% = 89,65 manat) məbləğində təyin edilmiş əmək pensiyası aşağıdakı qaydada hesablanır.

II qrup əlilliyə görə əmək pensiyasının baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi - 50 manat (50 manat X100%= 50 manat), 28,16 manat (26 manat + 26 manat X 8,3 % = 28,16 manat) sığorta hissəsi və 11,49 manat ( 89,65 manat - (50 manat + 28,16 manat) = 11,49 manat) qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olmaqla 89,65 manat.

C) Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi

3.10. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

3.10.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlil olmuş 18 yaşdan yuxarı və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının;

3.10.2. ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

3.10.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;

3.10.4. sığorta olunan qanunvericilkdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla;

3.10.5. ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə;

3.10.6. ögey oğulun, ögey qızın doğma övladlarla bir səviyyədə;

3.10.7. övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə.

3.11. Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə xidmət müddətindən asılı olmayaraq pensiya təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən gec 3 ay keçənədək, yaxud bu müddətdən sonra, lakin xidmət etdiyi dövrdə aldığı xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik nəticəsində vəfat etdikdə, həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edikdə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur.

3.12. Qaydaların 3.11-ci bəndində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

3.12.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yara, kontuziya və ya zədə), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində;

3.12.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yara, kontuziya və ya zədə) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

Misal 8. Azərbaycan Respublikasının Milli Тəhlükəsizlik Nazirliyi tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində 12.02.2007-ci il tarixdə vəfat etmiş hərbi qulluqçunun təminat xərcliyi 198 manat təşkil edir. Onun vəfat etdiyi tarixə əmək qabiliyyəti olmayan iki nəfər ailə üzvü vardır. Qaydaların 3.12.1-ci bəndində nəzərdə tutulduğu qaydada onun əmək qabiliyyəti olmayan hər bir ailə üzvünə 198 manat təminat xərcliyinin 50 faizi (198 manat X 50 % X 2 =198 manat) məbləğində əmək pensiyası təyin edilərək aşağıdakı qaydada şərti çevrilməsi aparılır.

Ailə başçısının itirməyə görə əmək pensiyasının baza hissəsi ailə üzvlərinin hər biri üçün 12.02.1997-ci il tarixdə mövcud olan yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi - 50 manat (50 manat X 50 % X 2 = 50 manat) + 28,16 manat (26 manat + 26 manat X 8,3 % = 28,16 manat) sığorta hissəsi + 119,84 manat ( 198 manat - (50 manat + 28,16 manat) = 119,84 manat) qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olmaqla 198 manat.

Misal 9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan hadisə nəticəsində 17.04.2007-ci il tarixdə vəfat etmiş hərbi qulluqçunun təminat xərcliyi 210 manat təşkil edir. Onun vəfat etdiyi tarixə əmək qabiliyyəti olmayan üç nəfər ailə üzvü vardır. Qaydaların 3.12.2-ci bəndində nəzərdə tutulduğu qaydada onun əmək qabiliyyəti olmayan hər bir ailə üzvünə 210 manat təminat xərcliyinin 35 faizi (210 manat X 35 % X 3 = 220,5 manat) məbləğində əmək pensiyası təyin edilərək aşağıdakı qaydada şərti çevrilməsi aparılır.

Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsi ailə üzvlərinin hər biri üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi - 75 manat (50 manat X 50 % X 3 = 75 manat) + 28,16 manat (26 manat + 26 manat X 8,3 % = 28,16 manat) sığorta hissəsi + 117,34 manat ( 220,5 manat - (75 manat + 28,16 manat) = 117,34 manat) qulluq stajına görə əmək pensiyasına əlavədən ibarət olmaqla 220,5 manat.

IV. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması

4.1.
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinə daxil olan elementlərdən hər hansı biri sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

Misal 10. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən təqdim olunmuş Məlumat Vərəqinə əsasən hərbi xidmətdə 21 il iş stajı olan Çernobıl AeS-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş sabiq hərbi qulluqçuya bu Qaydaların 3.5.4-cü bəndinə əsasən 348 manat təminat xərcliyinin 50 faizi -174 manat (348 manat X 50% = 174 manat) və 15 ildən yuxarı 6 il hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında 62,64 manat (348 manat X 18% = 62,64 manat) əlavə olunmaqla 236,64 manat (174 manat + 62,64 manat = 236,64 manat) məbləğində yaşa görə əmək pensiyası təyin edilir. Yaşa görə əmək pensiyasının baza hissəsi 50 manat, sığorta hissəsi 28,16 manat və qulluq stajına görə əmək pensiyasına əlavə isə 158,48 manat (236,64 - (50 manat + 28,16 manat) = 158,48 manat) məbləğində müəyyənləşdirilməklə pensiyanın ümumi məbləğinin şərti çevrilməsi aparılır.

Тutaq ki, əmək pensiyası təyin olunduqdan sonra növbəti ayda həmin şəxsin işləmiş olduğu vəzifə üzrə aylıq maaşının artırılması ilə bağlı təminat xərcliyi 452 manat olmuşdur. Bu Qaydaların 3.5.4-cü və 4.1-ci bəndlərinə əsasən 452 manat təminat xərcliyinin 50 faizi -226 manat (452 manat X 50% = 226 manat) və 15 ildən yuxarı 6 il hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında 81,36 manat (452 manat X 18% =81,36 manat) əlavə olunmaqla 307,36 manat (226 manat + 81,36 manat = 307,36 manat) məbləğində yaşa görə əmək pensiyası təyin edilir. Sonra yaşa görə əmək pensiyasının baza hissəsi 50 manat, sığorta hissəsi 28,16 manat və qulluq stajına görə əmək pensiyasına əlavə isə 229,20 manat (307,36- (50 manat + 28,16 manat) = 229,20 manat) məbləğində olmaqla pensiya məbləğinin şərti çevrilməsi aparılır.