AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

«Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

    Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    I. «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında» 2006-cı il 28 noyabr tarixli 175-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanununa aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

   1. 1-ci maddədə «920.190.000,0» rəqəmi «989.657.000,0» rəqəmi ilə əvəz edilsin.

   2. 2-ci maddədəki cədvəlin 1-ci bəndində (Məcburi dövlət sosial sığorta haqları) «670.730.000,0» rəqəmi «709.697.000,0» rəqəmi ilə, 1.1-ci bəndində (büdcədən maliyyələşən təşkilatlar üzrə) «271.950.000,0» rəqəmi «269.043.600,0» rəqəmi ilə, 1.2-ci bəndində (büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə) «37.085.000,0» rəqəmi «36.687.700,0» rəqəmi ilə, 1.3-cü bəndində (dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar) « 9.255.000,0» rəqəmi «10.255.000,0» rəqəmi ilə, 1.4-cü bəndində (digər sığortaedənlər üzrə) «352.440.000,0» rəqəmi «393.710.700,0» rəqəmi ilə, 3-cü bəndində (Dövlət büdcəsindən ayırmalar (transfert)) «248.240.000,0» rəqəmi «278.740.000,0» rəqəmi ilə əvəz edilsin.

    3. 3-cü maddədəki cədvəlin 1-ci bəndində (Əhaliyə ödənişlər, cəmi) «869.888.240,0» rəqəmi «938.117.460,0» rəqəmi ilə, 1.1-ci bəndində (əmək pensiyalarının ödənilməsinə, cəmi) «846.850.500,0» rəqəmi «912.660.500,0» rəqəmi ilə, həmin bənddə «əmək pensiyalarının baza hissəsinə» sətrində «664.190.000,0» rəqəmi «730.000.000,0» rəqəmi ilə, 1.2-ci bəndində (məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi) «23.037.740,0» rəqəmi «25.456.960,0» rəqəmi ilə, həmin bənddə «əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə» sətrində «8.025.000,0» rəqəmi «7.741.000,0» rəqəmi ilə, «hamiləliyə və doğuşa görə» sətrində «5.670.160,0» rəqəmi «7.223.240,0» rəqəmi ilə, «uşağın anadan olmasına görə» sətrində «3.306.500,0» rəqəmi «793.000,0» rəqəmi ilə, «3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar» sətrində «1.186.080,0» rəqəmi «815.000,0» rəqəmi ilə, «dəfn üçün» sətrində «3.850.000,0» rəqəmi «7.884.720,0» rəqəmi ilə, 2-ci bəndində (Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri) «10.900.000,0» rəqəmi «11.700.000,0» rəqəmi ilə, 6-cı bəndində (Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi) «11.282.500,0» rəqəmi «11.382.500,0» rəqəmi ilə, 6.5-ci bəndində (əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına) «750.000,0» rəqəmi «850.000,0» rəqəmi ilə, 7-ci bəndində (Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri) «13.400.000,0» rəqəmi «13.600.000,0» rəqəmi ilə əvəz edilsin.

   4. 3-cü maddədəki cədvələ aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin:

   «10. Azərbaycan Respublikası Hökuməti ilə BMТ-nin İnkişaf Proqramı arasında imzalanmış «Milli sosial müdafiə sisteminin inkişafı və milli məşğulluq strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərinin həyata keçirilməsi layihəsi üzrə Qrant Sazişi»nin icrası olaraq Azərbaycan Hökuməti tərəfindən 2006-2007-ci illər ərzində ayrılan vəsaitin beş faizi həcmində layihənin idarəetmə xərclərinə 137.780,0».

             II. Bu Qanun imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 25 may 2007-ci il
№ 351-III QD