|
PENSİYALARIN PLASTİK KARTLARLA ÖDƏNİŞİ
Sığorta-pensiya sistemində
həyata keçirilən ən uğurlu islahat tədbirldərindən biri pensiyaların ödənişində
kart sisteminin tətbiqidir. Bunun nəticəsində pensiyaların əhaliyə
çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılmışdır.
İslahatların mühüm həlqəsi kimi pensiya və müavinətlərin əhaliyə çatdırılmasında
müasir texnologiyaların tətbiqinə nail olunmuşdur.
Azərbaycan Respublikasının şəhərlərində və rayon mərkəzlərində əhaliyə pensiya
və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin
qurulması 2004-2006-cı illər ərzində müvəffəqiyyətlə başa çatdırılmışdır.
Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən əhalinin
maarifləndirilməsi üçün lazımi izahat işləri aparılmış, televiziya vasitəsilə
reklam çarxları nümayiş etdirlmiş, pensiyaçılara xidmət edəcək bankomatların
quraşdırılması və plastik kartların vətəndaşlara çatdırılaraq ödənişin bu
sistemdə aparılması üçün məqsədyönlü fəaliyyət təşkil olunmuşdur.
Görülən
tədbirlər nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da
genişlənməkdədir. Belə ki, 2009-cu il ərzində pensiyasını plastik kartla
alanların sayı əlavə olaraq 62 563 nəfər artıb. 01.01.2009-cu il tarixə
pensiyasını plastik kartla əldə edənlərin sayı 1 057 571 nəfər olduğu halda,
01.01.2010-cu il tarixə bu göstərici 1 120 134 nəfər təşkil edir. Yəni hazırda
pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir.
2009-cu il ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən
bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin
olunması istiqamətində mühüm addımlar atılıb. Ötən ilin əvvəli ilə müqayisədə
kəndlərdə pensiyaları plastik kartla alanların sayı 6 faiz artıb. Əgər
01.01.2009-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 88,9
faizi plastik kartla təmin olunmuşdusa, hazırda bu göstərici 94,9 faiz təşkil
edir. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik
kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən
şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Qeyd edək ki, əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim
diqqət mərkəzindədir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı"nda mühüm vəzifələrdən biri kimi qarşıya
qoyulub. Proqrama əsasən, pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə
ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdiriləcək, bankomat və
pos-terminallarla təchizat gücləndiriləcək, ödənişlərdə çoxfunksiyalı çip
kartlardan istifadə təmin olunacaq, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla
aparılması üzrə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək tətbiq ediləcək.
Pensiyaların plastik kartlarla ödənilməsi barədə ümumi məlumat:
Plastik pensiya kartları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
büdcəsi vəsaiti hesabına hazırlanaraq pensiyaçılara pulsuz paylanır;
Kartdan istifadəyə görə pensiyaçılardan heç bir haqq tutulmur.
Kartdan istifadə müddəti 5 ildir;
Pensiyaçılar öz pensiyalarını daha sürətli (vəsait kart hesabına köçürüldükdən
dərhal sonra) almaq imkanına malikdirlər;
Pensiyaların daha rahat şəkildə (bankomat 24 saat işlədiyi üçün günün istənilən
saatında) almaq mümkündürr;
Respublikanın istənilən rayonunda pensiyanın alınması imkanı təmin olunmuşdur;
Plastik pensiya kartları "VİSA Elektron" beynəlxalq ödəniş şəbəkəsinə qoşulduğu
üçün hər hansı bir məqsədlə xaricdə olarkən də pensiyalar alınması həyata
keçirilə bilər;
Pensiyanın kart hesabında yığılması və istənilən vaxt çıxarılması mümkündür;
Plastik kart və onun unikal PİN kodu pensiyaçıya şəxsən teqdim edildiyi üçün
ondan digər şəxslərin istifadəsinə görə nə Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondu nə Azərbaycan Beynəlxalq Bankı məsuliyyət daşımır.
Pensiyaların plastik kartlarla alınması üçün bankomatdan istifadə qaydaları
-
İstifadə olunacaq rəqəmlər bankomatda ekranın sağ tərəfində və ya ekranın aşağı
hissəsində yerləşir.
|
1 |
2 |
3 |
CANCEL
DAYANDIR
OTMENA |
|
4 |
5 |
6 |
CORRECTION
DÜZƏLT
КОРРЕКЦИЯ |
|
7 |
8 |
9 |
|
|
|
0 |
, |
ENTER/ACCEPT
GİRİŞ/TƏSTİQ
ВВОД |
|
|
 |
-
Ekranın sağ tərəfində kartı banokmata salmaq üçün kəsik vardır.
-
Kartı, rəsmli tərəfi yuxarı və üzərindəki rəqəmlər solda olmaqla bankomata daxil
etmək lazımdır.
-
Kartınızı daxil etdikdən sonra ekrana çıxan dillərdən Azərbaycan dilinin
qarşısındakı düyməni basın (ekranın sağ tərəfində).
|
AZƏRBAYCAN |
 |
 |
-
Bundan sonra rəqəm düymələri ilə 4 rəqəmli şəxsi kodunuzu (PİN kod) daxil
edin.
-
Əgər rəqəmləri səhv yığmısınızsa DÜZƏLT düyməsini basın və rəqəmləri
yenidən yığın
-
Sonra GİRİŞ/TƏSDİQ düyməsini basın.
-
Bundan sonra ekranda əməliyyatların adları görünəcəkdir.
-
Pensiyanızı nağdlaşdırmaq üçün ekranın sağ tərəfində birinçi sətirdə yazılan
AZƏRB. MANAT (AZM) sözünün qarşısındakı düyməni basın (ekranın sağ
tərəfində).
|
AZƏRB. MANAT (AZM) |
 |
 |
-
Əgər çıxarmaq istədiyiniz məbələğ görünən məbləğlərə uyğun gəlmirsə, ekranın sağ
tərəfində ən axırınçı yazılan BAŞQA MƏBLƏĞ düyməsini basın, bu zaman
ekranda görünən məbləğlər dəyişiləçək, bu halda da məbləğlər uyğun gəlməzsə
yenidən BAŞQA MƏBLƏĞ düyməsini basın.
-
Pensiyanı almaq üçün istənilən məbləği rəqəm düymələri ilə yığın. Nəzərinizə
çatdırırıq ki, bankomat 10.000 AZN manatdan az pul ötürə bilmir. Beləliklə sizin
pensiyanızın ümumi məbləği 131.250 AZN manatdırsa bu zaman rəqəm düymələri ilə
130.000 AZN yığın və GİRİŞ/TƏSDİQ
düyməsini basın.
-
Hesabınızda qalan 1250 AZN manat növbəti ayda pensiyanızın ümumi məbləğinin
üzərinə əlavə olunacaq. Beləliklə, növbəti ayda pensiyanızın məbləği 131.250 +
1.250= 132.500 AZN manat təşkil edəcəkdir. Bu qayda ilə pensiyanızın qalığı
toplanaraq 10.000 AZN manat olduqda bu məbləği alacaqsınız.
-
Sonra birinci sətirdə yazılan BALANS EKRANDA QÖSTƏRİLSİN sözünün
qarşısındakı düyməni basın (ekranın sağ tərəfində).
|
BALANS EKRANDA QÖSTƏRİLSİN |
 |
 |
-
Bundan sonra ekranda LÜTFƏN GÖZLƏYİN, ƏMƏLİYYAT APARILIR daha sonra,
-
SORĞUNUZ QƏBUL OLUNUB, LÜTFƏN KARTINIZI GÖTÜRÜN sözləri yazıldıqdan sonra
pensiya kartınız avtomatik olaraq bankomatdan çıxacaqdır. Pensiya kartınızı
götürüb pulların çıxmasını gözləyin.
-
LÜTFƏN PULUNUZU GÖTÜRÜN sözləri yazıldıqdan sonra pensiyanız avtomatik
olaraq bankomatdan veriləcəkdir. Pullarınızı götürdükdən sonra ekranda
hesabınızdakı qalıq məbləğ göstəriləcəkdir. Ekranın sağ tərəfdə aşağıdaki
düyməni basın.
Pensiya kartını götürdüyünüzü bir də yoxlayın. Pulunuzu və pensiya kartınızı
götürdüyünüzə əmin olduqdan sonra bankomatdan uzaqlaşa bilərsiniz.
|