İNTERAKTİV
Yeni sığorta-pensiya sistemi barədə məlumatları hansı kütləvi informasiya vaistələrindən almaq imkanınız daha çoxdur?




Sorğu arxivi
"PENSİYAÇI" QAZETİ


Məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar olaraq qeydiyyata alınmış sığortaolunanlar barədə Məlumat




ƏN YAŞLI PENSİYAÇILARIMIZ


Ən yaşlı pensiyaçılarımız haqqında məlumat

Cavadov Xasay Azay oğlu 1914-cü ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur.1938-ci ildə Yuxarı Şilyan kəndi 7 illik məktəbə, məktəbi bitirdikdən sonra Göyçay rayon pedoqoji məktəbinə daxil olmuş və 1940-cı ildən həmin məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır.Böyük Vətən müharibəsi iştirakçısı olan Xasay kişi fədakar döyüşçü kimi döyüşə görə igidlik, Stalin ordeni və digər medallarla təltif olunmuş, Ukrayna, Belarusiya və Polşanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir.Müharibə qurtardıqdan sonra Ucar rayon Yuxarı Şilyan kənd məktəbində müəllimlik vəzifəsində işləməklə bərabər Azərbaycan Dövlət Pedoqoji İnstitutunda qiyabi təhsil almışdır.Hal-hazırda II qrup Böyük Vətən müharibəsi əlili olan Xasay müəllim həmin məktəbdə işləyir.Doqquz övladı,iyirmi dörd nəvəsi,otuz iki nəticəsi var.

 

Həsənova Mərcan Səməd qızı 01 iyul 1892-ci ildə Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuşdur.O, həmin kənddə fəaliyyət göstərmiş "Sosializm" kolxozunda işləmiş və pensiyaya çıxmışdır.Mərcan xanımın 8 uşağı, 32 nəvəsi, 14 nəticəsi və 6 kötükcəsi var.

 

 

Kərimova Gülarə Firudin qızı 1892-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuşdur. 20 yaşından əmək fəaliyyətinə başlayan Gülarə xanım uzun illər ərzində kolxozda çalışmışdır. 1925-ci ildə ailə həyatı qurub. Həyat yoldaşı Kərimov Aslan Mustafa oğlu Böyük vətən müharibəsində iştirak etmiş və əlil olmuşdur. 1946-cı ildə həyat yoldaşını itirmişdir. Hal-hazırda 115 yaşı olan Gülarə xanımın 2 övladı, 14 nəvəsi, 35 nəticəsi və 2 kötükcəsi var.

 






 
© Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu